"Monako" artıq Bakıdadır

04.11.2015 02:55     Sport reaksiya     1937

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Ağdamın “Qarabağ” komandası ilə qarşılaşacaq Fransanın “Monako” klubu Bakıya gəlib.

Reaksiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, knyazlıq təmsilçisi Azərbaycana 20 futbolçusunu gətirib.

Klubun heyətində Rikardo Karvalyo, Joao Moutinyo, Stefan Əl-Şaaravi, Mario Paşaliç və Lasina Traore kimi ulduz futbolçular yer alıb.

Fransa komandası noyabrın 4-də Bakıda "Qarabağ"la görüşdən əvvəl son məşqinə çıxacaq. “Qarabağ” - “Monako” matçı noyabrın 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş 1:0 hesabı ilə “Monako”nun xeyrinə olub.

Şərhlər