"Çelsi"yə məşqçi kimi onu gətirirlər?

04.11.2015 03:07     Sport reaksiya     1796

Uğursuzluq zolağından çıxa bilməyən Londonun "Çelsi" klubu yaxın günlərdə baş məşqçiJoze Mourinyo ilə yollarını ayıra bilər. 

Reaksiya.az bu barədə anspressə istinadən məlumat verir.
Verilən məlumata görə, "Çelsi" ötən mövsüm 2019-cu ilə qədər müqavilə imzaladığı portuqaliyalı mütəхəssisi yola salacaq, komandanın başına isə Roberto Mançinini gətirəcək. Ötən mövsüm Valter Mazzarinin yerinə "İnter"ə keçən italyan mütəхəssisin rəhbərlik etdiyi "İnter" bu mövsüm uğurlu çıхış edir. Mançini özü də İngiltərəyə qayıtmağın əleyhinə deyil.

Mançini 2011-12 mövsümündə "Mançester Siti"ni İngiltərə çempionu edib. Öz növbəsində Mourinyo klubdan getmək fikrində olmadığını bildirib. Portuqaliya mətbuatına açıqlamasında Joze müqaviləsinin sonuna qədər "Çelsi"də qalacağını deyib. Mourinyo qeyd edib ki, "Çelsi"dən 3 il, 7 aydan sonra ayrılacaq və komandanı çətin vəziyyətdən çıxarmağa çalışacaq. Mourinyo ötən mövsüm "Çelsi" ilə Premyer Liqanın qalibi olub. Bu mövsümdə klub Premyer Liqanın 11 turundan sonra 11 xalla turnir cədvəlində 15-ci yerdədir.

Şərhlər

Çox oxunanlar