AFFA klublarımızı cərimələdi - 4 min manat

04.11.2015 04:21     Sport reaksiya     1744

AFFA-nın İntizam Komitəsi “Neftçi”, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb.

Reaksiya.az AFFA-ya istinadən xəbər verir ki,  Premyer Liqanın XI turunda “Sumqayıt” ilə səfərdə oyununda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub min manat məbləğində cərimələnib.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması klubun iki min manat məbləğində cərimələnməsi ilə nəticələnib.

“Rəvan”–“Xəzər Lənkrəran” matçının 80-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsinə görə hər iki klub min manat ödəməli olacaq.

Şərhlər