"Qəbələ" Dortmundda dəstəksiz qalmayacaq

04.11.2015 11:20     Sport reaksiya     2156

"Qəbələ" Avropa Liqasıın qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubu ilə səfər oyununda dəstəksiz qalmayacaq.

Reaksiya.az xəbər verir ki, bu Dortmundda keçiriləcək oyunda komandamızı 200-ə yaxın azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, "Borussiya" - "Qəbələ" oyunu noyabrın 5-də keçiriləcək və saat 22:00-da start götürəcək.

Şərhlər