Avropa Oyunlarından sonrakı unutqanlıq... - Rəsmi sayt niyə işləmir?

04.11.2015 15:50     Sport reaksiya     2176

"Bakı-2015" I Avropa Oyunlarının başa çatmasından cəmi bir neçə ay keçib, yarışların rəsmi saytı isə artıq yararsız vəziyyətə düşüb.

Reaksiya.az-ın məlumatına görə, "www.baku2015.com"-un səhifələnməsində ciddi problemlər yaranıb və saytın Azərbaycan dili versiyasına, eləcə də ingilis dilində olan versiyasında bir sıra səhifələrə giriş məhdudlaşdırılıb. Problemin səbəbləri məlum deyil. Avropa Oyunları ilə bağlı hər hansı məlumat əldə etmək istəyən şəxslər saytdan faydalana bilmir.

Saytın texniki təminatı ilə məşğul olan şirkət və ya şəxslərin bu istiqamətdə ciddi addımlar atacağına ümid edirik.

 

Şərhlər