Bu gün "Qarabağ" və "Qəbələ" meydana çıxır

05.11.2015 08:19     Sport reaksiya     2000

Bu gün UEFA Avropa Liqində 4-cü turun oyunları keçiriləcək. Reaksiya.az xəbər verir ki, təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" bu gün növbəti sınağa çıxacaq.

"Qarabağ" Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın "Monako" klubunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun fransızların minimal hesablı qələbəsi ilə başa çatmışdı.

"Qəbələ" isə Dortmund "Borussiya"sının qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyun "Siqnal İduna Park"da baş tutacaq. Bkıdakı oyunda almanlar 1:3 hesabı ilə qalib gəlmişdi. 

Qeyd edək ki, 4-cü tur çərçivəsində ümumilikdə 24 oyun baş tutacaq.

Şərhlər