Arda Turan milyonlarını necə xərcləyir?

05.11.2015 12:57     Sport reaksiya     2062

Türkiyə millisinin və İspaniyanın “Barselona” klubunun məşhur futboçusu Arda Turan qazancını necə xərclədiyi maraq doğurur.

Reaksiya.az xəbər verir ki, futbolçu qazancının böyük hissəsini ev almağa sərf edir.

Arda Turan İstanbulun Ataköy ərazisində 2 mənzil alıb və hazırda Boğazda da ev axtardığı iddia olunur.

Qeyd edək ki, futbolçu 41 milyon avroya “Barselona”ya transfer olub. Arda Turan il ərzində reklam çəkilişlərindən isə 6 milyondan çox avro  qazanıb.

Şərhlər