Avropa Liqası: - “Qarabağ”– “Monako” - 1:1 - VİDEO

06.11.2015 00:05     Sport reaksiya     2358

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilir.

Reaksiya.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Monako” ilə qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri iki həftə əvvəl səfərdə aldığı (0:1) məğlubiyyətin əvəzini bu dəfə də çıxa bilməyiblər.

Oyuna yaxşı başlayan ağdamlılar bir neçə əlverişli vəziyyəti boşa versə də, 40-cı dəqiqədə hesabı aça biliblər. Armenteros Rəşad Sadıqovun əla ötürməsini tək toxunuşla tora qovuşdurub. İkinci hissədə də üstün oynayan çempionumuz bir neçə epizodda fərqi artırmağa yaxın olsa da son anda qeyri-dəqiqlik buna əngəl olub.

Qonaqlar isə 70-ci dəqiqədə cavab qolunu vurmağa müyəssər olublar. Qalan dəqiqələrdə başqa qol olmayınca, oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

5 noyabr

J qrupu

“Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa) - 1:1

Qollar: Armenteros, 40 - Kavalyero, 70

Şərhlər