“Qarabağ”la oyunda bunu bacarmadıq” - Daniel Subaşiç

06.11.2015 17:34     Sport reaksiya     2012

“Qarabağ”a qarşı istədiyimiz oyunu göstərə bilmədik. Buna məyus oldum”.

Reaksiya.az Apasport.az –a istinadən xəbər verir ki, bu sözləri “Monako”nun qapıçısı Daniel Subaşiç deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la Bakıda (1:1) heç-heçə edən “Monako” ikinci pilləyə düşüb.

Knyazlıq klubunun xorvatiyalı qolkiperi nəticədən və oyundan narazı qaldığını gizlətməyib: “Bizim əsas məqsədimiz kollektiv şəkildə oyun sərgiləməkdi. “Qarabağ”la qarşılaşmada bunu istədiyimiz kimi etməyi bacarmadıq. Kompakt futbol oynaya bilmədik. Görünür, üzərimizdə hələ də çox işləməliyik. Ardıcıl qələbələrdən sonra büdrəmək heç yerinə düşmədi. Ancaq qrupda hələ iki oyunumuz qalır. Son iki matçda xal itirməməliyik”.

Qeyd edək ki, “Monako” son iki oyununu “Anderlext” (26 noyabr) və “Tottenhem”ə (10 dekabr) keçiriləcək.

Şərhlər