Ronaldonun yeni klubu bəlli oldu

07.11.2015 04:53     Sport reaksiya     2156

İngiltərə mətbuatı portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo ilə bağlı yeni хəbər yayıb. 
 
Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, ingilislər Portuqaliya millisinin kapitanının yayda "Real"ı tərk edəcəyini bildirib.
Ronaldonun yeni klubunun ərəb şeyxlərinə məxsus PSJ olacağı iddia edilir. Ronaldonun Çempionlar Liqasının "Real" - PSJ oyununda Fransa klubunun baş məşqçisi Loran Blana yaхınlaşaraq qulağına nəsə deməsi bu iddiaları daha da gücləndirib. Oyundan sonra isə Ronaldo PSJ-nin prezidenti Nasir Əl-Xəlifə ilə birlikdə görüntülənmişdi.
 
Bu barədə açıqlamasında Ronaldo "hazırda "Real"da oynayıram. Amma gələcəyi bilmək olmaz. Sabah nəyin baş verəcəyini heç kim bilmir"-deyə bildirib.
 
İspan və İngilis mətbuatı həmçinin Ronaldonun meneceri Jorge Mendesin Nasir Əl-Xəlifə ilə Madriddə görüşdüyünü və Mendesin argentinalı Di Mariadan sonra Ronaldonu da PSJ-yə aparmaq üçün şifahi razılığa gəldiyini iddia edir. Bəzi İngilis qəzetləri isə PSJ-nin Ronaldo üçün "Real" Madridə 140 milyon avro ödəyəcəyini irəli sürüb.

Şərhlər