​Premyer Liqada növbəti tur start götürüb

08.11.2015 07:52     Sport reaksiya     1937

Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

Reaksiya.az xəbər verir ki, turun ilk günü çərçivəsində iki qarşılaşma baş tutub.

Belə ki, liderlik uğrunda mübarizə aparan Bakının “Zirə” klubu “Sumqayıt” üzərində mühüm qələbə qazanıb. Digər görüşdə “Kəpəz” Bakıda son dəqiqələrdə 2 xal itirib.

Azərbaycan çempionatı. 12-ci tur

“Zirə” – “Sumqayıt” – 3:2

Qollar: 16 ' [1-0] Cəmil Hacıyev, 45' [1-1] Ağabala Ramazanov, 49 ' [2-1] Adil Nağıyev, 75 ' [3-1] Nicat Qurbanov, 81' [3-2] Pərdis Fərcad-Azad

AZAL – “Kəpəz” – 1:1

Qollar: 82' [0-1] Julien Ebah, 88 ' [1-1] Tagim Novruzov

Şərhlər