"Qəbələ" hesab bərabərləşdirdi - YENİLƏNİR

09.11.2015 16:33     Sport reaksiya     2291

Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq.

Reaksiya.az xəbər verir ki, son oyun günündə 1 görüş baş tutacaq.

Son oyunlarda istədiyi nəticələri qazana bilməyən "Qəbələ" doğma meydanda "İnter"i qəbul edəcək. Əyalət təmsilçisi qalib gələrək, "qara zolaq"dan çıxmağa çalışacaq. Maliyyə böhranı yaşayan "bankirlər" isə çətin səfərdən ən azı 1 xalla qayıtmağa çalışacaqlar.

Topaz Premyer Liqası, XII tur

9 noyabr

16:00.“Qəbələ” – “İnter” 1:1 (Birinci hissə)

Qol: Antonov, 30- Dieqo Martins, 36

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

 

Şərhlər

Çox oxunanlar