"Qarabağ"ın rəqibini sevindirən xəbər

11.11.2015 11:35     Sport reaksiya     2038

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Monako"nun heyətində Fabio Koentrao zədəsini sağaldıb.

Reaksiya.az xəbər verir ki, Fabio artıq məşqlərə də başlayıb. Onun Fransa çempionatının növbəti turunda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Koentrao zədə səbəbindən "Qarabağ"la keçirilən hər iki matçı buraxmalı olmuşdu.

 

Şərhlər