Stoyka Bakıda jurnalistlərlə görüşəcək

11.11.2015 14:59     Sport reaksiya     1920

Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka Azərbaycan millisinə qarşı yoxlama matçı öncəsi jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Reaksiya.az xəbər verir ki, sözügedən konfrans noyabrın 11-də Moldova Futbol Federasiyasının mənzil qərargahında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan - Moldova matçı noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək.

 

Şərhlər

Çox oxunanlar