Devid Bekhem Antarktidada futbol oynayacaq

12.11.2015 04:19     Sport reaksiya     2006

Məşhur  ingilis futbolçusu Devid Bekhem Antarktidada futbol matçı keçirəcək.

Reaksiya.az-ın futbolçunun sosial şəbəkə hesablarına istinadən məlumatına görə, bu oyun UNİCEF-in xoşməramlı səfiri olan keçmiş yarımmüdafiəçinin kimsəsiz uşaqlara yardım üçün yaradılan fondun xeyrinə təşkil elədiyi turne çərçivəsində artıq 5-ci belə təşəbbüsü olacaq.

Devidin rəqibləri və komanda yoldaşları Antarktidada “Union” elm məntəqəsində çalışan alimlər, mexaniklər, aşpazlar və digər işçilər olacaqlar.

Qeyd edək ki, bu marafonun əsas məqsədi hər qitədə bir oyun keçirməkdi. Bura qədər isə ingilis futbolçu Papua-Yeni Qvineya, Cibuti, Nepal və Argentinada bu səpkili oyunlar təşkil edib.

Ən soyuq qitədən sonra növbəti səfər ABŞ-a olacaq. Marafona isə Mançesterdə “Old  Trafford” stadionunda yekun vurulacaq.

Şərhlər