Millimiz Türkiyəyə uduzdu

13.11.2015 07:31     Sport reaksiya     2028

19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatı seçmə mərhələsinin oyunları davam edir.

Reaksiya.az xəbər verir ki, 5-ci qrupda mübarizə aparan Azərbaycan Millisi noyabrın 12-də Türkiyə yığması ilə qarşılaşıb.

Oyun 0:1 hesabı ilə Türkiyə millisinin xeyrinə olub.

Eyni qrupda mübarizə aparan Ukrayna yığması isə Bosniya və Hersoqovina ilə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra Ukrayna yığması vahid liderdir.

Ukrayna millisi 1-ci görüşdə də Azərbaycan millisini 0:4 hesabı ilə məğlub edib.

Şərhlər

Çox oxunanlar