“Xəzər Lənkəran” “Böyük oyun” üçün futbolçular gətirdi

13.11.2015 16:15     Sport reaksiya     1981

“Xəzər Lənkəran” Premyer Liqanın XII turundan sonra yaranan fasiləni başa çatdırıb.

Reaksiya.az apasport-a istinadən xəbər verir ki, qısa müddətli istirahətdən sonra Lənkərandakı bazasında toplaşacaq “ağ-yaşıllar” “Neftçi” ilə matçın hazırlığına start veriblər.

Ciddi itkilərə rəğmən komanda bu gün bir araya gələrək, oyun gününə qədər bütün məşqlərini Lənkəranda davam etdirəcək. Adrian Skarlatake və Orxan Əliyevin əməliyyat olunacağını nəzərə alsaq, hər iki futbolçunun bu ili başa vurduğunu söyləmək olar.

Milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar üç futbolçusu “Böyük oyun” hazırlığına gec qoşulacaq. Belə ki, Rahid Əmirquliyev, Elşən Rzazadə və Elnur Cəfərov milli komandaların düşərgəsindədilər. Zədəli futbolçulardan Rasim Ramaldanovun sıraya dönməsi “ağ-yaşıllar” üçün xoş xəbər olsa, da təcrübəli müdafiəçi hələ ki, fərdi məşqlərlə kifayətlənir. Bütün bunları nəzərə alan məşqçilər korpusu əvəzedici heyətdən bir neçə futbolçunu əsas komandanın məşq prosesinə cəlb edəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı noyabrın 23-nə təsadüf edəcək.

Şərhlər