Rusiya yüngül atletləri beynəlxalq yarışlardan kənarlaşdırılıb

14.11.2015 07:32     Sport reaksiya     1885

Rusiya yüngül atletika üzrə yığması dopinq qalmaqalı ilə əlaqədar İAAF-ın himayəsin altında keçirilən yarışlardan kənarlaşdırılıb.
 
Reaksiya.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası tərəfindən qəbul olunub.
 
Təşkilatın 22 üzvü Rusiya yığmasının beynəlxalq yarışlardan kənarlaşdırılmasının lehinə, 1-i isə əleyhinə səs verib. 

Şərhlər