Azərbaycan Moldovaya qarşı

17.11.2015 15:33     Sport reaksiya     2166

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Reaksiya.az Apasport.az saytına istinadən xəbər verir ki, yığmamız 2015-ci ilin son oyununda Moldova ilə qarşılaşacaq.

9-cu dəfə üz-üzə gələn komandaların yoxlama oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu qarşılaşma millimizin Robert Prosineçkinin rəhbərliyi altında evdə keçirilən ilk yoxlama matçıdı.

Yığmamız tarixinin ən pis günlərini yaşayan Moldova millisi ilə qarşılaşmada qalib gələrək, uğursuz seriyasına son qoymağa çalışacaq. Belə ki, 8 ay əvvəl Maltanı 2:0 hesabı ilə məğlub edən komandamız 6 matçdı qələbəyə həsrətdi. Millimiz qələbə qazansa, Bakı Olimpiya Stadionunda ilk uğur olacaq. Bu arenadakı yeganə qarşılaşmada İtaliyaya 1:3 hesabı ilə uduzan Prosineçkinin yetirmələri ili qələbə ilə başa vurmaq əzmindədi.

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu saat 21:00-da başlayacaq.

Yoldaşlıq oyunu

17 noyabr

21:00. Azərbaycan – Moldova

Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan), Rauf Cabbarov (Azərbaycan)

Bakı Olimpiya Stadionu

Şərhlər

Çox oxunanlar