"Avro-2016"nın son iki millisi bəlli oldu

18.11.2015 03:24     Sport reaksiya     2131

Bu gün "Avro-2016"nın "pley-off" mərhələsində keçirilən 2 oyundan sonra final mərhələsinin son iki namizədi müəyyənləşib.

Reaksiya.az xəbər verir ki, Ukrayna və İsveç "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanıb.

İlk oyunda Sloveniyanı 2:0 hesabı ilə məğlub edən Ukrayna bu dəfə 1:1 hesabı ilə, İsveç də rəqibi Danimarka ilə 2:2 hesabı ilə bərabərə qalıb.

İsveç ilk oyunda isə Danimarkaya 2:1 hesabı ilə qalib gəlib.

 

Şərhlər