"El Klassiko"nun bileti bu qiymətə satıldı

19.11.2015 09:57     Sport reaksiya     2067

İspaniyanın iki böyük komandası olan “Real Madrid” və Barselona”nı qarşı-qarşıya gətirən "El Klassiko" oyununa biletlərdən biri dəyərinin üstündə satılıb.

Reaksiya.az xəbər verir ki, indiyə qədər satılan ən bahalı biletə 2 min 697 avro ödənilib.

Məlumata görə, keçən il isə ən bahalı bilet 2 min 951 avroya satılıb.

"El Klassiko" oyunu üçün biletlərin orta hesabla satış qiymətinin 659 avro olduğu bildirilib.

Qeyd edək ki, iki nəhəng klubun qarşılaşması noyabrın 21-də baş tutacaq.

 

Şərhlər