İdmançılarımız Vətənə medallarla döndülər

20.11.2015 11:38     Sport reaksiya     2116

Azərbaycan idmançıları İtaliyada keçirilən K-1 həvəskar və peşəkarlar arasında beynəlxalq yarışdan 3 qızıl, 1 gümüş, 1 bürünc medalla qayıdıblar.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Ziya Bayramov Yunanıstan, Polşa və İsveçrə idmançılarını məğlub edərək qızıl medal qazanıb.

Digər idmançımız Ramazan Abdullayev Macarıstan, Almaniya və İtalyadan olan rəqiblərini məğlub edərək yüksək pilləyə qalxıb.

Peşəkarlar arasında ən təcrübəli idmançımız Tural Bayramov serbiyalı idmançını ilk raundda məğlub edərək komandamızın kollektivinə daha bir qızıl yazdırıb.

Mötəbər beynəlxalq yarışda Babək Rüstəmov gümüş, Ruslan Kobzev isə kiprli idmançını məğlub edərək bürünc medal qazanıb.

Şərhlər

Çox oxunanlar