Sabiq “Qarabağ”lı “Əskişəhərspor”dan rəsmən ayrıldı

20.11.2015 15:14     Sport reaksiya     1989

Türkiyənin “Əskişəhərspor” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Reaksiya.az Apasport.az saytına istinadən xəbər verir ki, hücumçu Teofanis Gekas və sabiq “Qarabağ”lı yarımmüdafiəçi Muarem Muarem Superliqa təmsilçisi ilə rəsmən vidalaşıb.

Əskişəhər klubu rəsmi sayt vasitəsilə hər iki futbolçuya təşəkkürünü bildirib: “Mövsümün əvvəlində transfer etdiyimiz Teofanis Gekas və Muarem Muaremin müqaviləsi qarşılıqlı razılıqla ləğv edildi. Hər iki oyunçuya təşəkkür edir, bundan sonrakı karyeralarında uğurlar arzulayırıq”.

Yay fasiləsində “Akhisar”dan transfer edilən Gekas bu mövsüm Superliqada keçirdiyi 10 oyunda 5 qola imza atıb.

Ötən mövsümün sonunda “Qarabağ”la sağollaşaraq Türkiyəyə yollanan Muarem isə cəmi 2 rəsmi matçda iştirak edib.

Şərhlər