Topaz Premyer Liqasında XIII turun ilk oyunları - NƏTİCƏLƏR

22.11.2015 02:10     Sport reaksiya     1990

Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Reaksiya.az-ın məlumatına görə, turun oyunları 3 gün ərzində keçiriləcək.

İlk oyun günündə Avroliqada çıxış edən klublarımız meydana çıxıb. İlk olaraq Sumqayıtda yerli komanda “Qəbələ” ilə qarşılaşıb. Ardıcıl 4 oyundu ki, qələbə qazana bilməyən və liderdən aralı düşən Roman Qriqorçukun yetirmələri bu dəfə də 3 xala həsrət qalıb. "Qırmızı-qaralar" bir xalla kifayətləniblər.

Günün digər matçında isə çempion “Qarabağ” öz meydanında “Kəpəz”i sınağa çəkib. Hərəyə 3 dəfə çempionluq sevinci yaşamış komandaların dueli olduqca maraqlı alınıb. Bir tərəfdə son 3 oyundu xal itirməyən “Qarabağ”, digər tərəfdə isə son 6 oyundu məğlub olmayan “Kəpəz”in qarşılaşmasında ikincilərin seriyası qırılıb. "Qarabağ" son dəqiqələrdə vurduğu qollarla 3:0 hesablı qələbə qazanıb.

Topaz Premyer Liqası

XIII tur

21 noyabr

“Qarabağ” – “Kəpəz” - 3:0

Qollar: Marinaldo Çiçero, 36, Dani, 84, Almeyda, 87

 Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

I dövrədəki oyun: 3:2

“Sumqayıt” – “Qəbələ” - 2:2

Qollar: Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 39-öz qapısına, Samir Zərgərov, 71

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

I dövrədəki oyun: 0:1

Şərhlər