Ya mən, ya da Benitez - Ronaldu

22.11.2015 19:36     Sport reaksiya     2045

Portuqaliyalı hücumçu klub rəhbərliyinə ultimatum verib.

Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu baş məşqçi Rafael Benitezin istefasını tələb edib. Onun şərtləri yerinə yeitilmədiyi təqdirdə o klubu tək edəcəyini bildirib.

Reaksiya.az Oxu.Az-a  istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona”ya evdə böyük hesablı məğlubiyyətdən sonra (0:4) klub rəhbərliyinə ultimatum verib.Xatırladaq ki, Rafael Benitez “Real”a bu ilin yayından başçılıq edir. 

12 turdan sonra madridlilər 24 xalla İspaniya çempionatında 2-ci yerdə qərarlaşıb. Kral klubu “Barselona”dan 6 xal geriyə qalır.

Şərhlər