Yığmamızın oyunlarının vaxtı dəqiqləşdi

23.11.2015 12:06     Sport reaksiya     2127

DÇ-2016-nın seçmə mərhələsində çıxış edəcək futzal üzrə Azərbaycan millisinin oyunlarının vaxtı dəqiqləşib.

Reaksiya.az Apasport.az-a istinadən xəbər verir ki, gələn il Kolumbiyada keçiriləcək mundiala vəsiqə uğrunda mübarizə aparacaq yığmamız Xorvatiyada qüvvəsini sınayacaq.

Avropa zonası üzrə əsas seçmə mərhələnin 2-ci qrupunda yarışacaq komandamız ilk matçını dekabrın 10-da, İsveçə qarşı keçirəcək. Xorvatiyadakı turnirin açılış matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Faustino Peresin yetirmələri ertəsi gün Belarusla üz-üzə gələcək. Görüş saat 20:30-da start götürəcək. Turnirin son günündə meydan sahibləri ilə görüşəcək. 22:30-da başlayacaq bu oyunla 2-ci qrupda mübarizəyə yekun vurulacaq. Qrup mərhələsinin oyunları Osiyekdəki “Dvorana Qradski”  də keçiriləcək.

Qeyd edək kİ, bu mərhələdə ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

DÇ-2016-nın seçmə mərhələsi

Avropa zonası, 2-ci qrup

10 dekabr

20:00. Azərbaycan - İsveç

22:30. Xorvatiya – Belarus

11 dekabr

20:30. Belarus - Azərbaycan

23:00. Xorvatiya – İsveç

13 dekabr

20:00. İsveç - Belarus

22:30. Azərbaycan - Xorvatiya

 

Şərhlər