"Qarabağ" - "Tottenhem" oyununun biletləri satışa çıxdı

23.11.2015 12:32     Sport reaksiya     2104

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçının biletləri bu gün satışa çıxarılıb.

Reaksiya.az xəbər verir ki, azarkeşlər biletləri qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından ala bilərlər.

Biletlər nömrəli sektorlar üzrə qiyməti 1 AZN-dən 20 AZN-ə qədər , VİP üçün isə 50 AZN-dir.

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" oyunu noyabrın 26-ı saat 22:00-da başlayacaq.

Şərhlər

Çox oxunanlar