“Qarabağ” Metropolitenə müraciət etdi

23.11.2015 13:32     Sport reaksiya     2162

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ" öz meydanında Londonun "Tottenhem"i qəbul edəcək.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağdam klubu matçın gec saatlarda, yəni 22:00-da başlamasını nəzərə alaraq, stadiona gələn azarkeşlərə jest etmək niyyətindədi.

Belə ki, klub Metropoliten İdarəsinə adıçəkilən qurumun oyun günü gec bağlanması üçün müraciət edib. Belə də oyun başa çatdıqdan sonra azarkeşlərin metro nəqliyyatından yararlanması mümkün olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Şərhlər