“Qalatasaray”ın yeni baş məşqçisi məlum oldu

23.11.2015 17:44     Sport reaksiya     2144

Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, klub ölkənin ən tanınmış futbol mütəxəssislərindən olan Mustafa Dənizli ilə anlaşıb.

Bu gün “Qalatasaray” prezidenti Dursun Özbək Mustafa Dənizli ilə görüşüb və razılıq əldə edib. Hələlik tərəflər arasında rəsmi müqavilə imzalanmayıb.

Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi ötən həftə baş məşqçi Hamza Hamzaoğlunu vəzifədən uzaqlaşdırıb.

Şərhlər