Tələb böyükdü, bizdən çox şey gözləyirlər - Qurban Qurbanov

25.11.2015 17:40     Sport reaksiya     1964

“Bilirik ki, yaxşı komandaya qarşı oynayacağıq. Özü də rəqib ən yaxşı formasındadı”.

Reaksiya.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasında mübarizə aparan təmsilçimiz sabah qrup mərhələsinin V turu çərçivəsində İngiltərə nəhənglərindən sayılan “Tottenhem”i qəbul edəcək.

Ağdam klubunun çalışdırıcısı bu gün təşkil edilən mətbuat konfransında fikilərini bu cür davam etdirib:

“Bu oyun hər iki komanda üçün önəmlidi. Çalışmalıyıq ki, düzgün və səhvsiz oynayaq. Bunun üzərində çalışmışıq. Futbolçuların ən yaxşı tərəfdən göstərəcəklərinə inanıram. Məsuliyyəti hiss edirlər. Tələb böyükdü, bizdən çox şey gözləyirlər. Biz də ən yaxşısını etməyə çalışacağıq”. 

Şərhlər