"Qarabağ" "Tottenhem"lə bacarmadı - VİDEO

27.11.2015 00:35     Sport reaksiya     2033

UEFA Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilir. Reaksiya.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda 5-ci matçına çıxıb.

Öz meydanında "Tottenhem"lə qarşılaşan ağdamlılar qarşılaşmadan minimal hesablı məğlubiyyətlə ayrılıb. İlk hissədə bir neçə şansı qola çevirə bilməyən hər iki komanda fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissədə də bir neçə şans yaxalayan Qurban Qurbanovun yetirmələri fürsətlərdən istifadə edəbilməyib və 78-ci dəqiqədə qonaqların fərqlənməsinin qarşısını almaq mümkün olmayıb. Künc zərbəsindən sonra Harri Keyn topu qapımızdan keçirib.

Matçın gedişində başqa qol olmayıb və təmsilçimiz oyunu məğlubiyyətlə başa vuraraq, qrupda sonuncu pilləyə düşüb.

Qeyd edək ki, londonlular bu qələbə ilə sona bir tur qalmış qrupdan çıxmağı dəqiqləşdiriblər.

UEFA Avropa Liqası, qrup mərhələsi

V tur

26 noyabr

J qrupu

“Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə) - 0:1

Qol: Keyn, 78

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Damianos Eftimiadis, Polkronis Kostaras

Dördüncü hakim: Lazaros Dimitriadis Əlavə hakim köməkçiləri: Mixael Kukulakis, Stavros Tritsonis (hamısı Yunanıstan)

UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya)

Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

Tofiq Bəhramov adına Respublika stadionu

 

Şərhlər