"Qəbələ" Yunanıstandan xalla qayıdır

27.11.2015 02:46     Sport reaksiya     1815

UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Reaksiya.az-ın məlumatına görə, təmsilçimiz “Qəbələ” növbətini matçına çıxıb.

Bürünc mükafatçımız PAOK-a qonaq olub.

Qrupun digər oyununda "Krasnodar"ın "Borussiya"nı məğlub etməsindən sonra növbəti mərhələ şanslarını itirmiş iki komanda arasındakı oyun daha çox formal xarakter daşıyırdı.

Tərəflərin o qədər də istəkli olmadığı oyun qolsuz bərabərliklə başa çatıb,

Avropa Liqası, qrup mərhələsi

V tur

26 noyabr

C qrupu 

PAOK (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 0:0

Baş hakim: Yakob Kehlet

Baş hakimin köməkçiləri: Henrik Larsen, Lars Riks

Dördüncü hakim: Lars Hummelqard

Əlavə hakim köməkçiləri: Mads-Kristoffer Kristoffersen, Peter Kyesqard-Andersen (hamısı Danimarka)

Hakim-inspektor: Uilyam Yanqa (Şotlandiya)

UEFA nümayəndəsi: Kris Bellon (Belçika)

Saloniki. “Tumba” stadionu

Şərhlər