Ruslar İstanbuldakı çempionata qatılmayacaq

28.11.2015 01:53     Sport reaksiya     1810

Rusiya samboçuları İstanbulda, dekabrın 4-dən 7-dək keçiriləcək Avropa Çempionatına qatılmayacaq.

Reaksiya.az-ın “Hürriyət”-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Sambo Federasiyasının prezidenti Maksim Borisov bildirib.

Onun sözlərinə görə, yaşanan son hadisələrlə əlaqədar Türkiyəyə getməmək qərarı verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Sambo Federasiyasının fəxri prezidentidir. 

Şərhlər