Ulduz futbolçu qəzaya düşdü

28.11.2015 13:49     Sport reaksiya     2031

"Atletik Bilbao" klubunun futbolçusu Raul Qarsiya klubun bazası yaxınlığında qəzaya düşüb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, xoşbəxtlikdən futbolçu qəza zamanı xəsarət almayıb.

Qəzanın səbəbi məlum olmasa da, ilkin ehtimallara görə hava şəraitinin pis olması maşının yoldan çıxmasına yol açıb. Qəza nəticəsində Raul Qarsiyanın avtomobilinə ciddi ziyan dəyib.

Raul Qarsiya bu ildən etibarən "Atletik Bilbao" klubunun şərəfini qoruyur. Klub Qarsiyanı öz heyyətinə qatmaq üçün 40 milyon avro ödəməli olub. İspaniya millisinin heyyətində isə 2 oyuna çıxıb.

Şərhlər

Çox oxunanlar