Ağstafada yazar olmaq istəyən gənclər üçün təlim keçirildi - FOTOLAR

07.12.2015 16:04     YazarKlub     2255

Ağstafa rayonu 2 saylı orta məktəbdə “Yazar olmaq istəyirəm!” adlı fərdi layihə çərçivəsində rayonun müxtəlif məkətbələrində təhsil alan şagirdlərlə görüş keçirilib.

Reaksiya.az xəbər verir ki, layihə rəhbəri Gülnar Nəzərova qeyd edib ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunur.

Tədbir zamanı gənc yazar-ekspert Rüfət Əhmədzadə gənclərə yazar olmaq üçün vacib olan əsas xüsusiyyətlər, bədii əsərlərin yazılmasında gözlənilməli qaydalar barəsində məlumat verib.

İnteraktiv fikir mübadiləsi şəraitində  keçən tədbirdə regionda gənclərin yazar olmağa marağını müəyyən etmək məqsədilə sorğu da aparılıb.

Tədbirin sonunda yazar-ekspert növbəti mərhələ üçün müxtəlif mövzular üzrə gənclərə tapşırıq verdi.

Ağstafa Rayon Təhsil Şöbəsinin nümayəndəsi Əli Cəfəroğlu da layihənin əhəmiyyətini vurğulayaraq, rayon gəncləri və şagirdlərinin yaradıcılığa həvəsləndirilməsi üçün müxtəlif səpkili addımların rayon rəhbərliyi tərəfindən alqışlandığını qeyd edib.

Təlimlərin 2016-cı ilin yanvarında keçiriləcək ikinci mərhələsində region gəncləri arasında “mənim hekayəm” adlı müsabiqədə gənclərin yazdıqları 10 hekayə seçilərək kitab şəklində çap olunacaq.

Xatırladaq ki, Rüfət Əhmədzadə Reaksiya.az portalının redaktorudur.

 

Advertisement Banner

Şərhlər