Çörək də üz döndərib... - ŞEİR

05.07.2015 15:17     YazarKlub     3088

Gənc şair Bəhruz Şabılının bir şeirini oxuculara təqdim edirik:

 

Üzümə az gülməyib, həyat mənim zamanla,

Çərxi-fələk fırlanıb, fələk də üz döndərib,

Bəzən üzüm gülməyir, ölmək istəyirəm mən,

Almağa kimsə gəlmir, mələk də üz döndərib.

 

Göy üzüdür bir quşun ən sevimli həmdəmi,

Şairə yazmaq dəmi, quşlara uçmaq dəmi,

Səhər-səhər gün cıxıb, isidibdir aləmi,

Quşsa uça bilməyir, lələkdə üz döndərib.

 

Mən eşqimin odunda çox alışıb yanmışam,

Fələyin oyunundan bezmişəm, usanmışam,

Dostuma guvənmişəm, arxa dirək sanmışam,

Dostum da üz döndərib, dirək də üz döndərib.

 

Para olsun, pul olsun, tez üstüne çökürlər,

Varlıya ev tikirlər, kasıb evin sökürlər,

Ruzini-bərəkəti zibilliyə tökürlər,

Ruzi-bərəkət qaçıb, cörək də üz döndərib.

 

Bu dünyanın yükünü sanki daşıyıram mən,

Daş olmuş ürəkləri sözlə qaşıyıram mən,

Bəhruz, özünə çox demə rahat yaşayıram mən,

Axsa da qan damarda, urək də üz döndərib.

Şərhlər

Çox oxunanlar