Gənc yazardan yeni kitab: “...Və susarsan”

14.04.2016 21:43     YazarKlub     945

Gənc yazar İntiqam Yaşarın yeni kitabı işıq üzü görüb.

Bu barədə Reaksiya.info-ya müəllif özü məlumat verib.
 
Gənc yazarın sözlərinə görə, "OL" nəşriyyatında çap olunan "...və susarsan" adlı kitabda müəllifin son illərdə yazdığı müxtəlif səpkili şeirləri yer alıb.
 
Kitabın redaktoru Kənan Hacı, rəssamı İsmayil Cabbarov, dizayneri isə Bulud Çağlayandır.
 
İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "...və susarsan" müəllifin sayca ikinci şeirlər kitabıdır.
 
Məlumat üçün deyək ki, 22 aprel saat 12:00-da Gənc Tamaşaçılar Teatrında sözügedən kitabın təqdimat və imza günü keçiriləcək. Maraqlananlar dəvətlidir.
Advertisement Banner

Şərhlər