Bir davul çalındı, döyüldü dəmirlər isti zindanda - SAXA TÜRKLƏRİNİN POEZİYASINDAN

27.07.2015 16:29     YazarKlub     3544

Nataliya Xarlampiyeva
 
(Yakutiya)
 
Bahar rüzgar
 
Burda və indi
Boz fırtına kimi keçir zaman!
Ətrafdakı dəlmə – deşiklərdən sürünüb keçir
Dünyada qalan köhnəlik.
Gənclər yürüş edir aman, ay aman,
Onları silmək üçün.
 
Boynunda illərin günahı,
Həm də həmişə harda olduğunu göstərən zınqırov!
Arxanca düşən sürünü dərhal tapmaq olur sayəndə,
Bir cadugər sənin cildinə girib,
Qoyunları aparır qurban kəsməkdə
 
Sən göl kimi dumduru, üzündə səhərin mehi,
Sahilində bahar yamaclarda itməkdə ikən
Atlar kişnəyir kəməndə gəlmək bilməyən atlar,
Ucsuz – bucaqsız çöllərə yayılan atlar.
 
Ürəyin göy üzünün sevdalarından,
Günəşə yaxın pambıq kimi buludlardan asılıb.
Hava kimi,su kimi vacibdir qaranlıqdan xilas üçün
Tərtəmiz ruh
Və nəşəli düşüncələr...
 
Saxa insanının soyu
 
Bizim damarlarımızdan lap qədim dövrlərdən
Hərarətli Türk qanı axır
Bu yurdun ucsuz – bucaqsız səhralarında 
Yovşanlı küləklər aləmi yandırıb yaxır.
 
Saxa insanları: böyük, kiçik fərq etməz,
Sarılıb qüruruna indi beş əllə!
Biz vardıq Cingiz xan əmr verəndə,
Sonradan dövrlər ötüb keçdikcə 
bizim ürəyimizə dəymişdir güllə!
 
Bizim damarlarımız kəsilmişdi Adəm almanı dişləyəndə
Onda ustasını tanımırdı əksər millətlər.
“Xeyr, bizə mane olmaz qaralıqlar!” – deyəndə
Çəkilirdi önümüzə yalançı sədlər.
 
Bir davul çalındı, döyüldü dəmirlər isti zindanda
Bizi ağacların ruhu ağladı.
Dünyanı biz tutduq, söz sahibi olduq cahanda,
Nəciblik damarımızda daim çağladı.
 
Azadlığı ana südü ilə bərabər içdik,
Ölümsüz şərqilər dinlədik Olonxodan.
Biz Saxalılar ruhumuzu dərk edib seçdik,
Qayaların arasındakı yosunlu sudan!
 

Şərhlər