Rey Kərimoğlunun kitabı işıq üzü gördü - "KOD ADI: "REY""

23.07.2017 15:05     YazarKlub     1936

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun Lent.az saytının “Kəşfiyyatçının xatirələri” layihəsində yayımlanmış yazıları əsasında hazırlanan “Kod adı: “Rey”” kitabı işıq üzü görüb.

Kitabda müəllifin 2012-2013-cü illərdə Lent.az saytında yayılmış döyüş xatirələri yer alıb. Xatirələr müəllifin 1991-92-ci illərdi Qarabağ müharibəsində iştirakçısı olduğu hadisələrdən bəhs edir.

“Qanun” nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

“Lent.az-ın kitabxanasından” silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq. 

Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu elə öz adı - “REY” olub.

Reaksiya.az

Şərhlər