Prezident mükafatçısı Fədayənin sevgisinə şeir yazdı

03.11.2017 13:33     YazarKlub     2316

Gənc şair, Prezident mükafatçısı Qabil Ədalət son günlər Fədayə xanımın başına gələnlərə görə onu qınayanlara qarşı çıxıb.

 "Yıxılana balta vurmaq bizdə adətdir. Kim bilir sabah bizim başımıza nə gələcək. Fədayənin əgər səhvi varsa ona dəstək olaq ki, özündə güc tapsın, ayağa qalxsın. Qanun var qayda var. İnşallah ölkəmizin hüquq mühafizə orqanları hər şeyi araşdırıb Fədayənin cinayətkar olmadığını təstiq edərlər". 

Bununla yanaşı o Fədayə xanımın sevgisinə inandığını bildirib və buna görə ona şeir də həsr edib. Reaksiya. az həmin şeiri təqdim edir:

Vətən xaini deyilsənki,

Əyilmə tik tut başını.

Əzəldən quru yerinə

Həyat yandırıb yaşını.

 

Eşqdən ötrü ölənlər var

Zindana düşmək nədir ki,

Bürünüb eşqin oduna

Donub üşümək nədir ki.

 

Baltası yaman çox olur,

Yıxılanın... bu adətdir.

Bəndədə Haqq axtarma

 

Haqqın özü ədalətdi...

 

Sevgi sərhəd tanimir ki,

Ürəyi qandırmaq olmur,

Hissə müqəssir deməyin,

Eşqə qandal vurmaq olmur..

 

Vətən xaini deyilsənki,

Əyilmə tik tut başını.

Əzəldən quru yerinə

Həyat yandırıb yaşını..

Reaksiya.az

Şərhlər