Mərhum jurnalistin kitabı hazırlanır

25.12.2017 21:21     YazarKlub     2586

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı dərc olunacaq.

Bu barədə jurnalistin bacısı Sevinc Əliyeva ATV.az-a məlumat verib. O, təşəbbüsün necə yaranmasından söz açıb:


“Zabil şeirlər və hekayələr yazırdı. Onun bir neçə  şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Digər tərəfdən, istədim ki, Zabilin bir çox yaxın jurnalist dostları onun haqqında maraqlı xatirələrini yazsınlar.

Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım.  İnşallah 2018-ci ilin fevral ayında kitab dərc olunacaq”.

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb.Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib.

Şərhlər