Muzeydə şairə həsr edilmiş kitabların təqdimatı

Muzeydə şairə həsr edilmiş kitabların təqdimatı
Tarix: 09.04.2018 11:50
Oxunma sayı: 597
Mənbə: azərtac
Paylaş:

"Səməd Vurğun: Seçilmiş əsərləri”, "Səməd Vurğunun ev-muzeyi” və "Sonsuz ömrün yolçusu - Yusif Səmədoğlu” adlı üç kitabın təqdimat mərasimi keçirilib.

Tədbirin keçirildiyi Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova redaktoru olduğu "Səməd Vurğunun ev-muzeyi” və "Sonsuz ömrün yolçusu - Yusif Səmədoğlu” kitabları barədə məlumat verib. Bildirib ki, bu kitablar dünya şöhrətli şair Səməd Vurğun və onun övladları haqqında maraqlı yazılarla zəngindir.
  Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Xalq Şairi Səməd Vurğunun yaradıcılığından danışaraq deyib ki, o, Azərbaycanın ictimai fikir tarixinə və ədəbiyyatına böyük töhfələr verib.
 
 
 
 
  Təqdimat mərasimində "Səməd Vurğun: Seçilmiş əsərləri” kitabının redaktoru, vurğunşünas alim, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, şairin əsərlərinin tədqiqatçıları, AMEA-nın şöbə müdiri Şirindil Alışanlı, Bakı Dövlət Universitetinin müəllimi Məti Osmanoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova və başqaları kitabların gələcək nəsillər üçün böyük ərməğan olduğunu söyləyiblər.
  Vurğulanıb ki, bu kitablarda görkəmli şair və onun ailəsi, o cümlədən oğulları Yusif və Vaqif, qızı Aybəniz Vəkilova haqqında müxtəlif illərdə çəkilmiş fotolar, maraqlı müsahibə, esse, məqalə, xatirə, səyahət qeydləri, şeir və ithaflar toplanıb. Qeyd edilib ki, təqdim olunan kitablarda müxtəlif nəşrlərdə, jurnalların səhifələrində, eləcə də digər mətbu orqanlarında dərc olunanlardan əlavə yeni aşkarlanan yazılar da var.
  Sonda kitablar tədbir iştirakçılarına təqdim olunub.

Şərhlər