Gözlərimi açıb ağzımı yummuram, diqqətli olun...

“Mələklər: Onlar cinlərə ibadət edirlər” Səba surəsi 41-ci ayə.

Siz onları tanıyırsınız? Cinlərə ibadət edənləri deyirəm...

“Sin” insanları “mim” vadisindən dəvə keçirdəcəklərini iddia edirlər. Sin-Ay məbədləri peyğəmbərimiz zühur etdikdən sonra Ərəbistanda yox oldu. Çün ki o məbədlərdə Sin cinlərinə ibadət edirdilər. İndi belə məbədlər olmasa da, Sin cinlərinə ibadət edənlər hələ də var. Sinə ibadət edənlər “Sinigularity” təşkilatının üzvləridi. Bu təşkilat köklü təşkilatdı və yüzillərdir öz məqsədlərinə çatmaq üçün yer üzündə dəhşət saçmaqla məşğuldurlar. Yunis İmrədən bir misal: “Gel göresin bu Sinleri”.

Sin sözünün bir neçə anlamı var. Qəbr, məzar, yarıq. Bu cinler Peyğambərimizdən əvvəl ki dövrdə sərbəst idilər.

Cin Surəsi 9– cu ayə.

“Biz Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.” 

Sin sözünün mənalarından biri yarıqdır. Burada yarıq sözünə diqqət yetirməliyik.

 “Kabala”anın kodu, Adolf Hitlerin sözü: “Dəvə iynənin dəliyindən keçəndə seçilmiş insan işləri ələ alacaq.” Bu seçilmiş insan Dəccaldır, dəlik “Mim” vadisidir.  

Peyğəmbərimizin Ayı iki yerə bölməsi möcüzəsi təkcə möcüzə olaraq düşünülməməlidir. Bir çoxlarına məlumdur ki, bu bölünmənin əlamətləri hələ də ayda var. İslamda Şaqqul-Qəmər hadisəsi olaraq bilinən bu möcüzədən sonra, Ayda “mim” vadisi deyilən bir yer hələ də mövcuddur. Nədir “mim” vadisinin sirri? HZ. Məhəmməd bu möcüzə ilə, yer üzündə fəsadlara səbəb olan, Kahinlərə cadu, sehir və görücülüyün sirrlərini öyrədən, Allaha ibadət etməyən Sin cinlərinin bir qismini məhv etdi. Ay parçalanaraq yenidən birləşdirilən zaman Allahın hökmü ilə Sin cinlərinin bir çoxu Ayın parçalanan maqnitik dalğalarında həbs edilərək boğuldular.

Diqqətli olun! Nasa Ayı nə üçün bombaladı? “Mim” vadisində maqnitik sahənin yarılaraq açılması üçün. (“Nasa ayı bombaladı.” Google.com da araşdırın.) Bəli, Nasa 2009 cu il sentyabrın 10-da “su tapmaq” adı ilə Ayın cənubunu (Mim vadisini) bombaladı. Və bu ilk belə addım olmayıb. BBC-də yer alan xəbərlərə görə son 50 ildə müxtəlif səbəblərlə Ayla 20-yə qədər vasitə mexanizmi toqquşdurulub.

İslam ölkələrində baş verən müharibələrin bir çoxunun arxasında “Xaç və qızıl gül” cəmiyyəti, “Sinigularity” təşkilatları kimi adlarını bilmədiyimiz bir çox təşkilatlar dayanmaqdadır. Və bu təşkilatların bir çox üzvləri dünyaya “demokratiya dərsi” keçən siyasətçilərdir. Məsələn, “Sinigularity” təşkilatının üzvü olan ABŞ-ın Xarici işlər Naziri Con Kerry. Bu təşkilatın xüsusi bir özəlliyi var, yeni məhşur üzvlərinin körkəmini keçmiş məhşur üzvlərinin görkəminə bənzətmək kimi. Elə bu səbəbdən Con Kerry 7 dəfə estetik əməliyyat olunub. Yox mən qətiyyən sayıqlamıram. Con Kerry bu təşkilatın keçmiş üzvlərindən biri olan “Alisa möcüzələr diyarında” romanın yazarı Charles Lutwidge Dodgsona bənzədilib. Bu məhşur yazıçı, adını qeyd etdiyim romanda insanların şüuraltına subliminal mesajlar ötürüb. (Bu barədə bir sonraki yazımda)

Bu sonluqda demək istəyirəm ki, “Yarıq-yarıq çatlamış yerə and olsun” HZ Salehin dəvəsini kəsənlər “Sayha” (Sayha-qorxunc səs) ilə cəzalanacaqlar.



 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar