Səhərlər yaranan tənbəlliyi necə aradan qaldırmalı?

Çoxları bundan əziyyət çəkir – səslizəng öz işini görüb və biz artıq onu söndürmüşük, amma çarpayıdan çıxmaq istəmirik. Bu əlavə problemlərə yol açır – həm mənəvi, həm də fiziki. Bu günkü məqaləmdə sizinlə səhərlər gümrah durmağın sirlərini araşdıracağıq.

  1. “Əlavə, bir neçə dəqiqədə uzanım” – kəlməsini unudun. Zənglisaat vurulan kimi durun və çalışın ki, hər gün eyni saatda oyanasınız. – inanın, sizin orqonizm sizə təşəkkür edəcək.
  2. Səhərlər idman etmək, sizin üçün bir qayda olmalıdır. İlk günlər və ya hətta, həftələr sizin üçün bu çətin ola bilər. Lakin tezliklə sizin bədəniniz, məsələn səhər qaçışına öyrəşəcək. Hansı idman növləri ilə məşğul olmağınızdan asılı olmayaraq, səhər idmanı zamanı fiziki aktivlik sizə gün ərzində davam edən güclü gümrahlıq hissi bəxş edəcək.
  3. Pəncərəni açın, oyandığınızda və ya yatdığınız zaman pəncərəni açın. Səhər güclü və gümrah olmaq üçün gün işığı və ya təmiz hava sizi təbiət enerjisi ilə aktiv edəcək.
  4. Bazar günlərinə yuxu üçün qrafik Hər birimiz bilirilk ki, nəyinki tez yatmaq üçün, həmdə gümrah oyanmaq üçün yuxu qrafikinə əməl etmək lazımdır. Bazar günləri gec yatmağınızı, səhərlər isə çarpayıdan həz almağımızı xoşladığınıza baxmayaraq, çalışın özünüz üçün xüsusi bir qrafik qurun. Aydındır ki, siz buna tez-tez əməl əməl etməyəcəksiniz, lakin bunun artma halları üçün şərait yaratmayın.
  5. Səhər oyandığınızdan sonra 3-5 dərin nəfəs almalar etməyi özünüzə vərdiş edin. Beləliklə, sizin orqanizm oksigenlə zənginləşək və nəticədə bədəninizə yeni bir siqnal göndəriləcəkdir ki, “Artıq oyanmaq zamanıdır!”.
  6. Ayaqlarınızı çarpayıdan aşağı sallayın. Bu yuxu rejimindən, gümrahlıq, daha doğrusu oyanış rejiminə keçmək üçün əvəz olunmaz üsuldur.
  7. Zənglisaatın musiqisini dəyişin. Bu gün bizə minlərlə kiçik həcmli musiqilər məlumdur, zənglisaatınıza elə bir musiqini təyin edin ki, onun vasitəsilə siz gümrahlıqla günə başlaya və gülümsək sifətlə şəhərə çıxa biləsiniz. Bəzən təkrar musiqilər insan beynində silinməz assosiyasiyalar yaradır – bu musiqidə də belədir.
  8. Duş qəbul edin. Çox yaxşı olar ki, bu duş kontrast olsun: isti suyu, ilıq suyla əvəzləyin və bunun sizə necə kömək edəcəyini görəcəksiniz.
  9. Lazım olacaq hər bir şeylə axşamdan maraqlanın. Çox vaxt biz səhərlər oyanmaq istəmirik, çünki bizi böyük işin gözlədiyini bilirik. İşinizi asanlaşdırın, iş üçün yeməyinizi hazırlayın, köynəyinizi, paltarlarınızı qaydaya salın, lazım olacaq elektron işləri tamamlayın. Belə siz öz oyanmağınızı asanlaşdırmış olursunuz.
  10. Yaxşı xəbər eşidəcəksiniz” – düşüncəsilə oyanın, – bu hər şey ola bilər: birazdan rahat və səliqəli kafedə səhər yeməyinə gedəcəksiniz və ya hazırladığınız layihə öz uğurları ilə qarşınızda yüksələcək, yeni motivasion məqalə oxuyacaqsınız. Hər şeyə görə ümidlənin, amma rastlaşdığınız hal sizin istədiyiniz kimi olmasa, bunun bir qədər sonra baş verəcəyini düşünməyi yaddan çıxartmayın.

Pozitiv və hər zaman gümrah görünməyi öyrənin.

Mirzə İskəndərov

Advertisement Banner

Şərhlər