Tanınmış yazarlar tətildə nə oxuyur? - SORĞU

09.08.2015 03:37     YazarKlub     2694

Reaksiya.az Kulisin yazarlar arasındakı sorğusunu təqdim edir.

Cavanşir Yusifli: “Alber Kamü, "Xoşbəxt ölüm" romanı”

 

İbrahim İlyaslı: “Nəşriyyatdan tərcümə sifarişlərim olduğuna görə tərcümə ilə məşğul oluram. Yəni tərcümə edəcəyim əsərləri oxuyuram. Fazil İskəndərin və Vasili Şukşinin hekayələrini tərcümə edirəm.”

 

Salam Sarvan: “Bir az redaktə işləri gördüm, 10-15 də şeir yazdım. 10-15 ona görə deyirəm ki, onların neçəsinin üzə çıxarılacağını hələ dəqiqləşdirməmişəm”.

 

Zamin Hacı: “Alexo Karpentyer, "Üslubun yanlışları", Seymur Baycan, "Adsız itin qayıdışı", Yanuş Korçak, "Bir də balaca olsam", Taqor, "Seçilmiş əsərləri", David Turaşvili, "Cins dövrünün uşaqları" - bunlar oxuyub bitirdiyimdir. Hazırda Andre Bretonun "Qara yumorun antologiyasi" kitabını oxuyuram. Paralel olaraq Eli Amirinin "Gunah keçisi" romanını da oxuyuram.

 

Qismət: “Sürrealistlərin seks söhbətləri”, D.H Lourens, "Leydi Çatterleyin sevgilisi", Andrea Pitzer, "Vladimir Nabokov: Yazarın gizli tarixi"

 

Nadir Qocabəyli: “Hazırda Deniel Keyesin "Elcernon üçün çiçəklər" romanını tərcümə edirəm. Paralel olaraq, Markesin "Patriarxın payızı" romanını , Əkrəm Əylislinin əsərlərini yenidən oxuyuram. Qan Turalının hekayələrini, Kənan Hacının kitablarını da oxudum.

 

Babək Göyüş: “Kortasar, “İqra v klassiki”

 

Balayar Sadiq: “Qoderzi Coxeli, "Küknarlara salam", Mövlud Suleymanlı, "And olsun əsrə",  Haruki Murakami, "Moy lyubimiy sputnik".

 

Sayman Aruz: “Mövlanənin tərcüməsi ilə məşğulam. Demək olar ki, bütün vaxtımı ona sərf edirəm. Elə olur, gecə səhərə qədər işləyirəm”.

 

Aqşin Evren: “Mopassanın hekayələrini təkrar oxuyuram. Bir də Orxan Pamukun "Qara kitab"ını. Ümumiyyəltə, son aylarda daha çox 5-10 il bundan əvvəl oxuduğum əsərləri yenidən oxumağa başlamışam”.

 

Emin Piri: “Düzü, son vaxtlar hökm sürən istilər nəsə oxumağa imkan vermir. Sovet dövrü ədəbiyyatıyla bağlı mütaliəm az olduğundan bu son ayı həmin dövrün nəsrinə ayırmışam. İsmayıl Şıxlı və Mehdi Hüseynin romanlarını oxumuşam. Müasir dönəmdənsə yalnız Qan Turalının “9 hekayə” kitabını oxumağa imkan tapmışam. İnanmıram ki, bu istilərdə payıza kimi daha hansısa kitaba əl vuram. Kəndə gedib nənəmin nağıllarını dinləyəcəm.”

 

Nəriman Əbdülrəhmanlı: “Əvvəlcə Toas Bernhardın hekayələrini və iki romanını oxudum. Sonra Antonio Tabukkinin hekayələrini və "Üfüq xətti" romanını bitirdim. Gər iki müəllif mənə bir daha ədəbiyyatın nə olduğunu anlatdı. İndi İsgəndər Palanın Məhəmməd Peyğəmbərin həyatı haqqında "Bülbülün qırx şərqisi" romanına başlamışam. Növbədə Zaxar Prilepinin hekayələr toplusu var.”

 

Şərif Ağayar: “Nizami Gəncəvinin “Xəmsə”sinin filoloji tərcümələrini və Vladimir Nabokovu...”

 

Sevinc Elsevər: “Nobokovun “Lujinin müdafiəsi” romanını, Aydın Dadaşovun “Dramaturgiya” kitabını, “Yemlik” uşaq jurnalı üçün qələm dostlarımın göndərdiyi yazıları, bir də “Kino i iskustvo” jurnalından məqalələr oxuyuram”.

 

Şahbaz Xuduoğlu: Halhazırda Niderlandda yaşayan İran yazıçısı Kader Adolahın “The house of moscue”  kitabını oxuyuram. Əsər İran həyatından bəhs edər.  Bundan əvvəl isə Mariya-Antuanettanın həyatından bəhs edən kitab oxumuşdum.

 

Əkrəm Əylisli: Corc Orueli bu yaxında yenidən oxudum. Bizim  cavanlığımızda “1984”-ü əlyazmada oxuyurduq, əldən-ələ gəzirdi. Arabir yeni nəşrlərə baxıram, sən deyən məni maraqlandıra bilən yeni əsər rastıma çıxmayıb.

 

Fərid Hüseyn: “Əbu Həmid Əl Qəzalinin “Kimyayi-Səadət” kitabını (II cilddə, farscadan tərcümə Nəsib Göyüşovundur) oxuyuram. Bu kitabı bir dəfə tam oxumuşam, sanasız qeydlər etmişəm. 1300 səhifəlik kitabın 300 səhifəsində qeydlərim var, bu dəfə ancaq seçdiyim yerləri oxuyuram. Alber Kamyunun gündəliklərini isə canıma çəkib bitirdim. Araya salıb Herman Hessenin “Uşağın qəlbi”, Andre Moruanın “Balzakın səhvi ucbatından” povestlərini və Mayakovsknin həyatı haqqında iki kitab oxudum”.

 

Qurban Yaquboğlu: “Hazırda “Çingiz Aytmatovun “Əlvida, Gülsarı” və “Cəmilə” əsərlərini təkrar oxuyuram.”

 

Azər Turan: “İvo Andriçin “Drina körpüsü” romanını və Belinskinin “Seçilmiş əsərləri”ni oxuyuram.”

 

Kənan Hacı: Hal-hazırda Dostoyevskinin "Karamazov qardaşları" əsərini ikinci dəfə oxuyuram. Paralel olaraq Xanəmirin "Maqlar" romanını və Stefan Sveyqin "Yolculuklar üzerine" kitabını oxuyuram.

 

Könül Həsənqulu: “Çezare Paveze, "Ay və tonqallar", Boris Akunin, "Ayın övladları”

 

Mirmehdi Ağaoğlu: “Orhan Pamukun “Yeni həyat” romanını bitirdim. Təzəlikcə Günter Qrassın “Tənəkə təbili” romanını oxumağa başlamışam. Möhtəşəm əsərdir. Rusca oxusam da çox  axıcıdır, yormur, oxucu özünü elə hey təbilini döyəcləyən balaca Oskarın yanında hiss edir. Bir də “Büyük sanatçıların gizli hayatları” adlı rəssamların həyatından bəhs edən kitab var. “Yüngül”, “yol” mütaliəsi janrında da onu oxuyuram”.

 

Ayxan Ayvaz: “Şoloxov, "Sakit Don", Maksim Qorki, "Özgə qapılarında"

 

Şərhlər