Aybəniz Qaragilə Qafarlı:''Hardasan"

Hardasan...
Eyy mənim talan olan şəhərim,
Bağ-bağçası solan şəhərim...
Hər gün,hər an bağrının başı qazılan,
Adı tarixə qanla yazılan
şəhərim...
Sabahı açılmayan,danı sökülməyən yurdum...
Doğulmamış ölənimə,
dəli olub gülənimə
şahid olub,şəhid olan
Xocalım...
Hardasan?...
Daşın üstə daş qalmadı,
Ana fəryadına,körpə naləsinə
qanı donan,
açılmaq istəməyən səhərin,xəcalətindən qızaran üfüqü 
ayazda donmuş,
cəsədlərın üstünə sərdi.
Döşü kəsilmiş,
Gözü çıxarılmış,
başı soyulmuş
zavallı bir millətin
qanıyla suvarılan
şəhərim...
Hardasan?..
Qara yellər əsdi,
zaman elə tələsdi,
Göy üzündən asılan
kəndirini kim kəsdi?..
Qızlarım əsir oldu,
gelinlər yesir oldu,
ana bətnindən
yarımçıq qovulan körpələrim şişə taxıldı.
Dişi qana batmış yalquzaqlar kimi
qanımıza susayanlar,
dizimizin dibində yaşayanlar,
çörəyimizi yeyənlər
qənim kəsildi bizə.
sübhün şəfəqləri qan rəngində,
ağ-appaq qar qan rəginə bürünmüşdü,
qan qoxurdu yer də göy də.
Tarixə qanla yazılan Xocalım,
can üstə inləyən şəhidlərimin fəryadını eşitməyəcək qədər kar,görməyəcək qədər koruq desəm azdır bizə....
Dünyadan köçənlərimizin il dönümünü anırıq
ildə bir defe.
Bəlkə Xocalı dünyadan köçüb?
Bəlkə yığışıb ehsan da verək,
Allah sənə rəhmət eləsin,Xocalı!!!
Gəlin toplaşaq beş on adam,Xocalı abidəsinin başına.
Bir şəhəri sakinləriylə gömdük,
Bir abidə yetər bizə
 
Aybəniz Qaragilə Qafarlı
Advertisement Banner

Şərhlər