Markezin külləri Kolumbiyaya göndəriləcək

Meksikada keçən il həyata əbədi gözlərini yuman ispandilli ən böyük yazıçılarından Qabriel Qarsia Markezin külləri ölkəsinə geri qaytarılacaq.

Bolivar əyalətinin rəsmiləri, Nobel mükafatlı yazarın ailəsi ilə əldə olunan razılaşmadan sonar Markezin küllərinin yazıçılıq karyerasına başladığı Kartagena şəhərindəki bir monastırda mühafizə ediləcəyini açıqlayıblar.

“Qabo”nun bütün arxivinə 2.2 milyon dollar ödənib

"Yüzil tənhalıqda", "Vəba günlərində eşq", "Qırmızı bazar ertəsi" və "Polkovnikə məktub yoxdur" kimi unudulmaz əsərlərə imza atan Markez, 17 aprel 2014-cü ildə Meksikanın paytaxtı Mexiko Sitidə 87 yaşında vəfat etmişdi.

Qeyri – adiliyi gündəlik həyatında adiliyə çevirən "fantastik realizm" axınının ən əhəmiyyətli imzalarından Marquez, XVII əsr yazıçısı Mişel de Servantesdən etibarən ispandilli ədəbiyyatın ən əhəmiyyətli yazıçısı kimi qəbul edilirdi.

Pərəstişkarları tərəfindən "Qabon" kimi xatırlanan Markez 1981-ci ildə Kolumbiya hökumətinin onu separatçı M-19 qrupuna dəstək verməklə günahlandırmasından sonra Meksikaya köçmüşdü.

Markez, Latın Amerikanın ovsunlayıcı dünyasını qələmə aldığı əsərləri 1982-ci ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdü.

Advertisement Banner

Şərhlər