Humay mühasirədə - poemadan parça

Humay mühasirədə

 

mühasirəyə düşmüşdü Humayın kəndi

eşitcək bu xəbəri, səntirlədi, inlədi Cavanşir,

ağappaq oldu rəngi. eləki, bir az özünə gəldi...

aslan kimi dikəldi, bildi işini...  dərhal

qonşudan kiralədi onun  jiquli “05” – ni...

yel kimi çıxdı Bakıdan, kükrəmiş sel kimi çıxdı...

olmasa da mahir sürücü, hərdən gözucu

sürətölçənə baxırdı... 130-140 görürdü

nigaranlıq, dəhşət dolu qorxu onu öldürürüdü....

gəldi, gəldi, Humayın kəndinə bir az qalmış

qarşısını kəsdi əskərlərimiz, bağırdı çavuş:

-  dayan! getmək olmaz! kənd düşmənlərdədi...

düz beş saatdır, onların əlindədi...

atılıb tutdu cavuşun yaxasından, inləyə-inləyə,

nərə çəkə-cəkə soruşdu: - bəs hara baxırsınz?

korsunuz?!  Hanı bəs köməyiniz?

çımxırdı çavuş: - tı durak çto li? razve smojem?

namnoqo silnee oni...  əvvəl dilə tutdu,

ürək-dirək verdi onlara Cavanşir.. sonra

anladı xeyri yoxdur... cavuşun da, rotanın da

vuruşmağa təpəri yoxdur... dedi silah verin mənə

mən tək gedirəm, gizli yollar seçərəm

                                        bilərəm nə edərəm!

olmaz silah vermək, ixtiyarımız yox dedilər..

Cavanşirin başına yağdı bir acı kədər..

bildi ki, vaxt itirir, boş-boşuna, hədər...

yumruqladı, tapdaladı qarşısına keçən hər kimi

tullandı pələng kimi...  bağırdı arxadan cavuş:

-durak tı, durak, yani ki, axmaq! Get canın çıxsın...

 

Cavanşir Humaygilin məhləsinə çatanda

gün batanda...atışma gedirdi onların küçəsində.

qısıldı divara, istədi hasarın üstündən aşsın...

birdən təpiklə vurdu darvazanı, bir qaşı çapıq zabit

Humayın atası çıxdı yazıq, əlində ov tüfəngi...

qap-qara qaralmışdı, onun qürurlu rəngi...

sözü ağzında qaldı, açıldı güllə, üz-gözünü qan aldı...

cumdular içəri... sonra... nələr oldu bilmədi Cavanşir...

cumdu dallarınca, götürdü ov tüfəngini, patronları

yol oldu yarı...  necəsini yerində güllələdi...

qaşı çapıq zabid döndü səsə, avtomatı

Cavanşirə tərəf boşaltdı birnəfəsə....

Cavanşir yıxıldı, sanki öldü... amma baxırdı...

Tərpənə, danışa  bilmirdi, baxışları axırdı...

qapıdan güllə kimi çıxıd Humay, qışqırdı: - Cavan!!!

sənə mən qurban!... zabit hırıldadı, bu mənim dedi...

anası atıldı Humaya tərəf... zabit qaldırdı avtomatı

güllələsin arvadı... Humay önə atıldı....

avtomat boşaldı gül sinəsinə... yıxıldı...

cəhənnəm olsun, dedi zabit...  girdilər evə...

pul, qızıl axtardılar, evi çevirə, çevirə....

sonra götürüb bir neçə xalça, rədd oldular...

birdən Cavanşir eşitdi Humayın zarımasını...

bir az əvvəl tutsa da öz yasını, özünə ölmə! dedi.

ölüm yolundan qayıtdı..istədi kömək etsin Humaya...

astaca: - Humay....  dedi...  ruhum, Humayım dedi...

sevindi, tərpəndi Humay, burdayam, burdayam dedi...

Cavanşir süründü Humaya tərəf... qan içindəydi, Humay

Allah! nə biçimdəydi Humay?! qan gəlinlik bəzyi tək

bəzəmişdi yanaqlarını... əllərini, dırnaqların...

sanki gəlin köçürdü Humay... qolları Cavanşirə tərəf

uçurdu, uçurdu Humay... amma tərpənə bilmirdi...

Cavanşir nəhayət ki, özünü ona yetirdi... tutdu əllərindən

aşırdı sinəsi üstünə...  hönkürdü için-için, Humayı

gedirdi...  arzularını, yer üzünü  tərk edirdi...

sinəsindən qan şoraladı Humayın Cavanşirin sinəsinə...

sinəsiylə bağlamaq istədi Cavanşir yaranın ağzını...

indiyədək yalnız əllərinə dəymişdi Cavanşirin əli...

indi sinəsinin üstündəydi, yanaqları al, gözü vəsməli...

-         Cavanım! Cavanım deyib inlədi Humay...

Sonra sanki sevincək, pıçıldadı...  yaxşı ki, vurdular məni

əsir aparmadılar...  yaxşı ki, sənin sinəndə ölürəm....

bax... qanım qanına qarışır... ölmə, nə olar ölmə Cavan...

yaşa, al qisasımızı... sonra həsrətlə öpdü Cavanşiri...

öpdü dodaqlarından, yanaqlarından...

heç vaxt sevginin odu axmayan sinəsindən indi

qan axdı sinəsinə, damarlarına... birdən sustaldı...

əlvida dedi yarına.... qışqırdı Cavanşir... hönkürdü...

dözə bilməsə də dərdə, bu qan qalmasın yerdə! deyib...

ölmək istəmirdi Cavanşır, özünü toparlayırdı... ayılırdı.

gözlərində sel kimi silələndi, gilələndi yaş...

baxışlarını, başını qoyub dərdlərinin üstünə..

çöx dəhşətli, çox əcayib gördü dünyanı...

bütün ağrılarıyla duydu Qarabağ vəhşətini...

oxşadı Humayını, oxşadı vətənini...

yaralı pələng tək nərildədi, Allahdan sağ can istədi...

“qisas!”, “qisas!” deyib havanı, divarı, torpağı döyəclədi...

 

basqınçılar getmişdi... gecəydi, ulayırdı bayquş.

bu vaxt açıldı darvaza, gəldi bayaqkı əsgərlər, cavuş.

baxıb cavanşirə rişxəndlə mızıldadı:- vidiş li, tı durak...

dedim axı getmə, özünü həlak etmə...

stoit li, adi kənd qızından yana ölmək?

-tı durak, znaçit axmaq... amma ölüm ayağında da

eşqi unutmamısan... qızı qucaqlamısan... deyib irişdi...

yanındakı əsgərlər, evi axtarmağa girişdi...

sustalan, səsi kəsilən Cavanşir cavab verə bilmədi...

                           bu naxələflərə, dözəmmədi... inlədi...

Advertisement Banner

Şərhlər

Çox oxunanlar