Kənan Hacıdan xəbər var

Xəbər verdiyimiz kimi yazıçı Kənan Hacı avqust ayının 17-i 1 saylı Klinik xəstəxanaya yerləşdirilmişdi. O,  bir neçə gün ərzində müayinələrdən keçib. Müayinələrin nəticələrinə görə onun ciyərində virus aşkarlanıb.

Həkimlər bildirir ki, bu virus məhv edilməsə, ciyərdə serroz yaranacaq. Həmçinin ürəkdə də problemlər var. Cüzi stres infarkta səbəb ola bilər. Ona görə də həkimlər müalicənin ev şəraitində davam etdirilməsini məsləhət görürlər.

Yaxınlarının Reaksiya.az-a verdiyi məlumata görə yazıçı bu gün evə buraxıla bilər. 

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar