Milli Məclis dövlət büdcəsini ilk oxunuşda təsdiqlədi

17.11.2026 14:12     Siyasi reaksiya     169

Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilk oxunuşda müzakirə olunaraq qəbul edilib.

"Reaksiya.az"-ın məlumatına görə, qanun Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) məbləğində proqnozlaşdırılır.

Spiker Sahibə Qafarova bildirib ki, çıxışa yazılan 65 deputatdan 50-si danışıb, fikir və təkliflərini səsləndirib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Şərhlər